Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

 

Cəhənnəmdəki Mənəvi Əzab

İndiyə qədər cəhənnəm əhlinin çəkdiyi müxtəlif fiziki əzаblаrdаn bəhs etdik. Bütün bunların yanında ən azı bunlar qədər mühüm olan başqa bir əzab isə mənəvi əzabdır. Bu mənəvi əzab özündə peşmançılıq, ümidsizlik, alçalma, utanc, ümidin kəsilməsi kimi bir çox ruhi əzabları birləşdirir.

Qəlbləri bürüyən atəş
Hər kəsin dünyada müxtəlif vasitələrlə daddığı bir mənəvi əzab var. Məsələn, çox sevdiyi bir yaxınını, dostunu, sevgilisini, xаnımını, ərini və ya övladını itirən və ona bir daha qovuşmayacağını düşünən və ya çox yaxın bildiyi, güvəndiyi bir kimsədən xəyanət görən bir insanın qəlbi tərif edilməyəcək acılarla dolar. Bax, bu mənəvi əzab əslində itirdiyi və ya xəyanətinə uğradığı insanı tаnrılаşdırmаcının əvəzi olaraq Allahın həmin insаnın ürəyində yaratdığı xüsusi bir əzab növüdür. Bu əzab insanın Allaha duymаlı olduğu sevgi, heyranlıq, yaxınlıq, dostluq, bağlılıq və etibar kimi hisslərin tamamilə Allaha aid, Ona möhtac, aciz və ölümlü olan kimsəyə yönəltməsinin və bu şəkildə Allaha Onun yaratdığı bir kimsəni ortaq qoşmasının, başqa sözlə, şirk qoşmasının əvəzində olan bir əzabdır. Müşrikliyin cəzasını Allah hələ bu dünyada ikən ona daddırır ki, axirətə getmədən ağlı başına gəlsin və tövbə edərək yalnız Allaha dönsün. Burada tаnrılаşdırılаnın mütləq bir insan olması da şərt deyil. İnsanların zəif yönləri fərqlidir. Mal, mülk, pul, sərvət, etibar, qısası, Allaha ortaq qoşulan, şərik qoşulan hər hansı bir əşya, ya da anlayış da eyni şəkildə tаnrılаşdırılа bilər.


Dünyada bunları itirməyin verdiyi əzab isə yalnız cəhənnəmdəki oxşar əzabın çox kiçik bir ölçüdə bənzəridir. Bu, bir ibrət və xəbərdarlıq mahiyyəti dаşıyır. Axirətə şirklə dolu olan bir qəlblə gedən insanı isə cəhənnəmdə bu ağrının əsli və davamlı olanı gözləyir. Yalnız dünyadakı bu mənəvi əzab şirk qoşmanın dərəcəsinə görə bəzən elə şiddətli olur ki, bu ağrını çəkən insan qurtulmaq üçün hər cür fiziki işgəncəni belə bu mənəvi ağrıdan üstün tutar. Hətta ölüb qurtula bilmək üçün intihar belə edənlər olur. Bu tərifedilməz ağrını ifadə edə bilmək üçün isə müşrik “ürəyinin yandığını”, “ciyərinin yandığını” söyləyir.


Necə ki, Quranda cəhənnəm əzabının bu mənəvi tərəfi diqqəti cəlb edən bir şəkildə vurğulanaraq “qəlbləri yandıran bir atəş”dən bəhs edilir:
“Qeybət edib tənə vuran hər kəsin vay halına!
O kimsə ki, mal yığıb onu dönə-dönə sayar. Və elə zənn edər ki, mal-dövləti onu əbədi yaşadacaqdır.
Xeyr! O, mütləq Hutəməyə atılacaqdır!
Bilirsinizmi, Hutəmə nədir?!
O, Allahın yanar odudur. Elə bir od ki, ürəkləri yandırıb yaxar.
O, belələrinin üzünə qapanıb kilidlənəcəkdir. Onlar hündür sütunlara bağlanmış olacaqlar!” (“Huməzə” surəsi, 1-9).
Dünyada ən şiddətli ağrı belə vахt ötdükcə unudulur, bəlkə izləri bir müddət davam edər, amma heç bir zaman özünün ilk dəfə olduğu kimi şiddətini qorumaz. Cəhənnəmdə isə bu ağrı dünyadakından qat-qat daha artıq olmaqla, həm də əbədi olaraq heç əksilmədən kafirlərə əzab verərək yanar.


Bununla bərabər, cəhənnəm əhlini ümidsizlik, peşmançılıq, rəzillik, qəzəb, kin, çəkişmə, didişmə kimi hissləri özündə ehtivа edən  mənəvi əzab da gözləyir və inkarçılar həm fiziki, həm də   ruhi işgəncələrə məruz qаlаcаqlаr.
Alçaldılmanın minlərlə növü
Cəhənnəmlə bağlı bir çox ayə burada kafirlər üçün təhqiramiz, rəziledici, alçaldıcı bir əzab olduğunu xəbər verir. Bu, inkarçıların dünya həyatındakı təkəbbürünün və özündən-razılığının əvəzində təyin olunmuş bir cəzadır.
Dünya həyatında inkarçının ən böyük hədəflərindən biri başqa insanların ona qibtə etməsi, onu tərifləməsidir. Yaxşı bir iş, uşaqlar, gözəl evlər, maşınlar və bu kimi dünyəvi dəyərlər göstərilən dəyər qazanır. Necə ki, Quranda dünya həyatının aldadıcı bər-bəzəyinin arasında insanların öz aralarındakı “təriflənmə”si ön plandadır.


Bax, insanların dünyadakı ən böyük istəyi olan bu “təriflənmə” inkarçılar üçün axirətdə şiddətli bir əzaba çevrilər. Bu əzab özündə əvvəl bəhs etdiyimiz fiziki ağrılarla bərabər, alçaldılmanı, təhqir olunmanı və rüsvay edilməyi də cəmləşdirir.
Çünki kafir dünyada ikən “tərifə layiq olan” (“Bəqərə” surəsi, 267) Allahı unutmuş, bunun əvəzində “nəfsini özünə tanrı etmiş”dir (“Furqan” surəsi, 43). Bunа görə də həyatını Allahı tərifləməklə deyil, özünə tərif toplamaqla keçirmişdir. Özünü onu Yaradanın deyil, digər insanların razılığına görə bir həyat qurmuşdur. Bax, bunа görə də ən böyük bədbəxtçiliyi insanlar qarşısında kiçilib rəzil olanda yaşayar.
Kafir üçün ən böyük kabuslardan biri başqalarının gözündə rəzil olma, başqaları qarşısında əyilmə halıdır. İnkarçılar arasında digər insanlar arasında rəzil olmamaq, əksinə, onlardan tərif toplamaq üçün canını belə verə biləcək qədər çoх sayda insan da var. Buna görə də cəhənnəmdəki bir çox əzab bu kabusun üzərində qurulur. Kafirlər dünyada nümаyiş etdirdikləri təkəbbürə və özündən-razılığa görə cəhənnəmdə qorxunc bir şəkildə alçaldılırlar. Bəzi ayələrdə bu həqiqətə belə diqqət edilir:
“Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri gün: “Siz dünya həyatınızda bütün nemətləri görüb daddınız və onlardan ləzzət aldınız. Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!”” (“Əhqaf” surəsi, 20).


“Küfr edənlər onlara verdiyimiz möhləti heç də özləri üçün xeyirli sanmasınlar! Bizim onlara verdiyimiz möhlət ancaq günahlarını daha da artırmaları üçündür. Onlar zəliledici bir əzab görəcəklər!” (“Ali-İmran” surəsi, 178).


Bu alçaldılmanın minlərlə növü vardır. Cəhənnəm əhli ilə dünyada heyvanlara göstərilən rəftardan daha alçaldıcı tərzdə davranırlar. Onları alçaltmaq üçün dəmirdən qamçılar, zəncirlər tapılır. Onlar boyunlarına keçirilmiş iplərlə dirəklərə bağlanırlar, boyunlarına boyunbağılar keçirilir, ayaqlarına zəncirlər vurulur.


Əslində alçaldılmaq cəhənnəm içindəki bütün digər əzablarla eyni anda baş verir. Məsələn, inkarçılar və küfr edənlər atəşə atılarkən bir yandan da alçaldılırlar. Bu böyük rəzalət kafirlər dirildildikdən və cəhənnəmə aparılmaq üçün seçildikləri andan etibarən başlayır və əbədiyyətə qədər davam edir.


Milyardlarla insan içindən seçilən kаfirlər mələklər tərəfindən alnından, ayaqlarından yaxalanırlаr. Quranın ifadəsi desək, “O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunacaqdır!.. Günahkarlar üzlərindən tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar” (“Rəhman” surəsi, 39-41). Allaha üsyan etmiş, Onu unutmuş kimsə bu şəkildə yaxalandıqdan sonra heyvanlardan dаhа betər bir münasibət görəcək, saçından tutulub yerlə sürüklənəcək və cəhənnəmə atılacaqdır. Müqavimət göstərə bilməz, bağırsa, çırpınsa da ona heç kim yardım edə bilməz. Bu, sadəcə olaraq çarəsizliyin verdiyi əzabı artırar:
“...And olsun ki, Biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən! Qoy o, özünün bütün tərəfdarlarını köməyə çağırsın! Biz də zəbaniləri çağıracağıq!” (“Ələq” surəsi, 15-18).
Ayəyə görə, inkarçılar “zorla cəhənnəm oduna sürüklənəcəklər” və onlara “bu, sizin yalan hesab etdiyiniz cəhənnəm odudur!” deyiləcəkdir (“Tur” surəsi, 13-14). Digər bir ayədə xəbər verildiyinə görə, bu, “sürüklənmə” “üzüqoylu vəziyyətdə” olacaqdır (“Furqan” surəsi, 34).


Onlar cəhənnəmə də eyni şəkildə, yəni üzü üstə olmaqla atılırlar:
“Pis əməllərlə gələnlər isə cəhənnəm oduna üzü üstə atılarlar. Bu, yalnız əməllərinizin cəzasıdır!” (“Nəml” surəsi, 90).
“O gün onlar üzü üstə cəhənnəmə sürüklənəcək: “Duyun cəhənnəmin təmasını!” deyiləcəkdir” (“Qəmər” surəsi, 48).


İnkarçıların ora girməsi ilə birlikdə onların alçalması daha da şiddətlənir. Çəkdikləri bütün fiziki əzabların bir də bu tərəfi vardır. Məsələn, oda atıldıqları zaman yanmanın verdiyi ağrının yanında bir də alçaldılmanın, rəzalətin və rüsvayçılığın iztirabını yaşayarlar.
Inkarçının atəşin əzabı zamanı necə alçaldılması başqa bir surədə belə bildirilir:
“Onu tutub cəhənnəmin tən ortasına sürüyün! Sonra başına əzab olaraq qaynar su tökün! Bir dad görək! Sən ki, çox qüvvətli, möhtərəm bir şəxs idin! Bu, şəkk etdiyiniz əzabdır!”” (“Duxan” surəsi, 47-50).


Kafiri alçaltmaq üçün xüsusi olaraq hazırlanmış qamçılar, xaltalar, qandallar, zəncirlər vardır. Quranda belə deyilir:
“Onu tutub qandallayın! Sonra da cəhənnəmə atın! Daha sonra onu yetmiş arşın uzunluğunda zəncirlə bağlayın! Çünki o, böyük olan Allaha inanmırdı. O, yoxsulu yedirtməyə rəğbət oyatmırdı” (“Haqqə” surəsi, 30-34).


Dünyada vəhşi heyvanları çıxmaq şərtilə, hətta heyvanlar da zəncirə vurulmur. İnsanlardan isə artıq insan rəftarından uzaqlaşmış son dərəcəli təhlükəli əqli cəhətdən sаğlаm olmаyаn xəstələr (ruhi xəstələr) zəncirlənirlər. Buna görə də cəhənnəmə göndərilmiş inkarçılar bütün yaranmışların ən alçaq və rəzil məxluqlarıdır. Bax, bu səbəblə onlar yuxarıdakı ayədə xəbər verilən “uzunluğu yetmiş arşın olan zəncirə” vurulurlar. Başqa ayələrdə bu alçaldıcı əzabdan belə bəhs edilir:


“O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər. Cəhənnəmə tərəf, sonra odda yandırılacaqlar, sonra da onlara belə deyiləcəkdir: “Haradadır şərik qoşub ibadət etdikləriniz?” (“Mumin” surəsi, 71-73).


“...Onlar Rəbbini inkar edənlərdir. Boyunlarında zəncir olanlar da onlardır. Onlar cəhənnəmlikdirlər, özü də orada əbədi qalacaqlar” (“Rad” surəsi, 5).
Haqqında başqa ayələrdə bəhs edilən alçaldıcı əzab belə bildirilir:
“O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaq, üz-gözlərini də atəş bürüyəcəkdir! Allah hər kəsə etdiyi əməllərin cəzasını vermək üçün belə edəcəkdir! Şübhəsiz ki, Allah tezliklə haqq-hesab çəkəndir!” (“İbrahim” surəsi, 49-51).
“Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir, başlarına da qaynar su töküləcəkdir. O su ilə qarınlarında olanlar və dəriləri əridiləcəkdir. Hələ onlar üçün dəmir toppuzlar da vardır” (“Həcc” surəsi, 19-21).


Cəhənnəmdəki bu alçalmanın kafirlərin ruhunda yaratdığı qaranlıq, rəzalət, kiçilmə və əzginlik özünü onların zahirində də büruzə verəcəklər. Eynilə dünyada insanlara rəzil olan, qüruru ayaqlar altına atılan, bütün insani haqları təcavüzə məruz qalan insanların təsviredilməz dərəcədə böyük olan sıxıntılarının üzlərinə vurması kimi... Cəhənnəmdə yaşanacaq alçaldılma da insanların çöhrəsinə təsir edəcək, üzlərindəki zillət zаhirə vuracaqdır. Quranda belə deyilir:
“Bir çox üzlər zəlil görkəm alacaq” (“Ğaşiyə” surəsi, 2).


Bura qədər söylədiyimiz bütün bu alçaldılma üsulları ilə bərabər cəhənnəmdə inkarçılar üçün daha müxtəlif alçaldılmaların da olacağını unutmamaq lazımdır. Allah Quranda kafir üçün “alçalma” anlayışını işlətmiş və buna müəyyən nümunələr vermişdir. Ancaq alçaldılma çox geniş bir anlayışdır və insanda dünyada ikən bu duyğunu əmələ gətirən hər bir şey, hər bir münasibət, hər bir hadisə bu anlayışa daxildir. Cəhənnəmdə də bəlkə də min qat artığı vardır.

Fayda verməyən peşmançılıq
Kafir dirildiyi andan etibarən etdiyi qəhredici xətanı dərk edir. Bu düzəlməz səhvin verdiyi peşmançılıq dalğası onun bütün vücudunu bürüyür. Böyük bir bədbəxtlik yaşayır, peşmançılığın təsiri ilə özünü tənbehləyir.
Dünyada etdikləri kafirlərə göstərilərkən qəflət içində keçirdikləri həyatlarının əvəzini çıxmaq üçün özlərində çox güclü bir həsrət hiss edərlər. Geri qaytarılmağı, onlara daha bir şans verilməsini istəyərlər. Dünyada ikən birlikdə qəflətə düşdükləri dostlarını və sevdiklərini bir daha görmək istəməzlər. Bütün dostluqlar, bütün sevgilər, bütün əlaqələr itmişdir. Dünyada ikən qurduqları həyat, etdikləri işlər, evləri, maşınları, ailələri, uşaqları, şirkətləri, adətləri, ənənələri, müdafiə etdikləri “dünyagörüşü”, hər şey artıq dəyərsizləşmiş, yox olmuşdur. Hər şey yox olarkən yerinə də tək bir əzab gəlmişdir. Ayələrdə o günkü bədbəxtliyin yaratdığı mənəvi hal belə tərif edilir:


“Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” demələrini görəydin!” Xeyr, əvvəlcə gizlətdikləri onların qabağına çıxdı. Əgər geri qaytarılsaydılar, yenə də onlar qadağan olunmuş şeylərə əl atardılar. Onlar şübhəsiz ki, yalançıdırlar! Yenə də “Həyat yalnız bu dünyadakı həyatımızdan ibarətdir. Bizlər bir daha dirilən deyilik!” deyərdilər. Sən onları Rəbbinin hüzurunda saxlandıqları zaman görəydin! Allah onlara belə buyuracaq: “Bu, haqq deyilmi?” Onlar: “Rəbbimizə and olsun ki, bu, haqdır!” deyə cavab verəcəklər. Allah buyuracaq: “Elə isə etdiyiniz küfrlərə görə əzabı dadın!” (“Ənam” surəsi, 27-30).


Bu arada kafir içindəki bu böyük bədbəxtliyə baxmayaraq, digər bir tərəfdən də hələ də təkəbbürü buraxmaz və ayənin ifadəsi ilə desək, “əzabı gördükləri zaman için-için peşman olarlar” (“Yunus” surəsi, 54). Bu təkəbbürün qalması inkarçı üçün ayrı bir əzab qaynağı olacaq, cəhənnəmdə qarşılaşacağı alçaldılma və rəzalət haqqında bəhs edilən təkəbbürü səbəbi ilə ona təsvirəgəlməz dərəcədə böyük ağrı-acılar verəcəkdir.

Cəhənnəm əhlinin bir-biri ilə çəkişməsi
Dünyada ikən çox mühüm sayılan vəzifə və mövqelərin, böyük-kiçik əlaqələrinin artıq heç bir mənası qalmamışdır. Əksinə, insanlar liderlərinə, liderlər də özlərinə bağlananlara lənətlər yağdırarlar:
“O zaman tabe olunmuşlar tabe olanlardan uzaqlaşacaq... O zaman tabe olanlar: “Əgər bir də dünyaya qayıda bilsəydik, onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq” deyərlər. Beləliklə də Allah onlara əməllərinin yalnız həsrətdən ibarət olduğunu göstərər və onlar cəhənnəm odundan çıxa bilməzlər” (“Bəqərə” surəsi, 166-167).


“Üzləri odda çevrildiyi gün onlar: “Kaş Allaha müti olaydıq, Peyğəmbərlərə itaət edəydik!” deyəcəklər. Onlar deyəcəklər: “Pərvərdigara! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar. Pərvərdigara! Onlara ikiqat əzab ver, onları böyük bir lənətə düçar elə!”” (“Əhzab” surəsi, 66-68).


“Onlar orada çənə-boğaz olub deyərlər: “Allaha and olsun ki, biz açıq-aydın azmışdıq! Çünki biz sizi aləmlərin Rəbbi ilə bərabər tuturduq. Bizi yalnız günahkarlar azdırdı. İndi artıq nə şəfaət edən kimsələrimiz, nə də bir mehriban dostumuz var! Kaş bir də dönə biləydik; möminlərdən olardıq!” Həqiqətən bunda bir ibrət vardır. Halbuki onların əksəriyyəti iman gətirmədi” (“Şuəra” surəsi, 96-103).


Beləcə, sonsuz əzabla qarşılaşan cəhənnəm əhli arasında böyük bir çəkişmə başlayar. Hər kəs bir-birini qınayar. Keçmiş dostlar bir-birinə böyük bir kin bəsləyərlər. Aralarındakı nifrətin yeganə səbəbi dünya həyatındakı dostluqlarıdır. Günah işləməkdə və dindənxaric həyatda bir-birini həvəsləndirmiş, inkar etməkdə bir-birindən dəstək almışdılar. Bütün dostluq anlayışları cəhənnəm əzabı ilə birlikdə dağılаr, bütün əlaqələr parçalanıb qoparılаr:


“Allah buyuracaq: “Sizdən əvvəl gəlib getmiş cin və insan tayfaları ilə birlikdə cəhənnəmə girin!” Hər tayfa girdikcə dindaşına və ya tayfadaşına lənət oxuyacaq. Nəhayət, hamısı birlikdə cəhənnəmdə toplandığı zaman sonra gələnlər əvvəl gələnlər barəsində deyəcəklər: “Ey Rəbbimiz! Bizi azdıran bunlardır. Bunlara ikiqat cəhənnəm əzabı ver!” Allah buyuracaq: “Hər birinizi ikiqat əzab gözləyir, lakin siz bilmirsiniz!”” (“Əraf” surəsi, 38).


“Kafir olanlar deyəcəklər: “Ey Rəbbimiz! Cinlərdən və insanlardan bizi azdıranları bizə göstər ki, onları ayaqlarımız altına salaq, paymal olsunlar!”” (“Fussilət” surəsi, 29).


“O zaman onlar bir-birinə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: “Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun azacıq da olsa bir hissəsini bizdən dəf edə bilərsinizmi?!” Təkəbbür göstərənlər deyəcəklər: “Biz hamımız cəhənnəm odundayıq. Allah artıq öz bəndələri arasında hökmünü vermişdir!” (“Mumin” surəsi, 47-48).


“Bu, sizinlə birlikdə daxil olan dəstədir. Onlar rahatlıq üzü görməsinlər. Onlar cəhənnəmə daxil olanlardır!” Belə deyəcəklər: “Xeyr, siz elə özünüz rahatlıq üzü görməyəsiniz. Bunu bizim üçün siz hazırladınız. Bir baxın, necə də pis məskəndir!” Onlar deyəcəklər: “Ey Rəbbimiz! Buna bizi kim uğradıbsa, onun əzabını cəhənnəmdə ikiqat elə!” Deyəcəklər: “Pis adamlar saydığımız kəsləri niyə burada görmürük? Biz onları məsxərəyə qoyurduq. Yoxsa onlar gözə dəymirlər?!” Şübhəsiz ki, bu, cəhənnəm əhlinin bir-biri ilə bu cür çəkişməsi, çənə-boğaz olması mütləq bir həqiqətdir!” (“Sad” surəsi, 59-64).

Nəticəsiz yalvarışlar və ümidsizlik
Cəhənnəm əhli böyük bir çarəsizlik içindədir. Başlarına gələn əzab həm qorxunc dərəcədə ağrıverici, həm də sonsuzdur. Yeganə çarə kimi sızlamağı, yalvarmağı seçərlər. Gördükləri hər kəsə yalvararlar. Cənnət əhlini görüb onlardan bir parça olsun su və yemək istəyərlər. Allaha yalvarmağa, mərhəmət diləməyə çalışarlar. Amma hamısı mənasızdır, heç bir fаydа verməz.
Yalvarışlarının bir qismi cəhənnəmin gözətçiləri olan zəbanilərə ünvanlanar. Onlara indiyədək görünməyən işgəncələri verən bu əzab mələklərinə belə yalvarar və onlardan özlərinin adından Allaha demələrini istəyərlər. Düşdükləri əzab o qədər böyük bir əzabdır ki, onun bir günlük yüngülləşdirilməsi üçün yalvararlar. Amma cavab almazlar:


“Od içində olanlar cəhənnəm gözətçilərinə deyəcəklər: “Rəbbinizə dua edin ki, heç olmasa bircə gün əzabımızı yüngülləşdirsin!” Deyəcəklər: “Məgər sizə öz peyğəmbərləriniz açıq-aşkar möcüzələrlə gəlməmişdilərmi?” Onlar: “Bəli, gəlmişdilər!” deyə cavab verəcəklər. “Elə isə özünüz dua edin!” deyəcəklər. Kafirlərin duası isə boş şeydir” (“Mumin” surəsi, 49-50).


Bununla paralel Allahdan mərhəmət diləməyə də çalışarlar. Ancaq yenə də əbəsdir:
“Onlar deyərlər: “Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz! Bizi cəhənnəm odundan çıxar! Əgər bir də inkara qayıtsaq, şübhəsiz ki, zalım olarıq”. Allah buyurar: “Orada zəlil, məyus vəziyyətdə durub qalın və Mənə heç bir şey deməyin! Çünki bəndələrimdən bir zümrə var idi ki, onlar: “Ey Rəbbimiz! Biz iman gətirdik. Artıq bizi bağışla, bizə rəhm et. Sən rəhm edənlərin ən yaxşısısan!” deyirdilər. Siz isə onları məsxərəyə qoyurdunuz. Məni yada salmağı belə sizə unutdurmuşdu. Siz onlara gülürdünüz. Həqiqətən Mən səbr etdiklərinə görə onları mükafatlandırdım. Onlar nicat tapanlar, uğura yetənlərdir!”” (“Muminun” surəsi, 106-111).


Ayədən başa düşüldüyünə görə, bu, Allahın cəhənnəm əhlinə son xitabıdır. Çünki Allah bunlara “zəlil, məyus vəziyyətdə durub qalın və mənə heç bir şey deməyin” dedikdən sonra artıq başqa söhbət ola bilməz. Bu isə haqqında düşünəndə belə insana ağrı-acı verən bir haldır.
Cəhənnəm əhli fəryad edib əzab çəkərkən, “qurtuluşa və səadətə nail olanlar”, yəni möminlər də cənnətin nemətləri içindədirlər. Və cəhənnəm əhlinin çəkdiyi mənəvi əzabların birini, bəhs edilən cənnət əhli ilə olan dialoqu təşkil edir. Kafirlər cəhənnəmin qorxunc əzabları içində işgəncə görərkən xüsusi olaraq yaradılan bir sistemlə cənnəti görər, oradakı böyük nemət və əzəmətə tamaşa edərlər. Dünyada ikən istehza etdikləri möminlərin böyük bir rahatlıq içində, görkəmli məkanlarda, möhtəşəm evlərdə, cazibədar qadınlarla birlikdə dadlı yemək və içkiləri daddıqlarını görərlər. Özlərinin yaşadıqları əzab və alçaldılma əvəzində möminlərin böyük bir nemət, məğrurluq və rahatlıq içində olduğunu görərlər.
Bu isə kafirlərin yaşadıqları əzabı daha da şiddətləndirər.

Hiss etdikləri peşmançılıq dözülməz ölçülərə çatar. Dünyada ikən iman gətirməmişlərdən, möminlərin əksinə olaraq Allahın hökmlərinə itaət etməmişlərdən olmalarının öldürücü peşmançılığı içində boğularlar. Bu psixologiya içində cənnət əhli ilə dialoq qurmağa, hətta onlardan yardım diləməyə də çalışarlar. Yalvararlar. Ancaq yenə də əbəsdir. Cənnət və cəhənnəm əhli arasındakı dialoq Quranda belə xəbər verilir:


“Onlar cənnətdədirlər, bir-birindən soruşacaqlar günah-karlar barəsində:
“Sizi cəhənnəmə salan nədir?”
Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik, yoxsulu da yedirtməzdik.
Batildə olanlarla birlikdə biz də dalardıq.
Haqq-hesab gününü yalan sayardıq. Ölüm bizi haqlayana qədər”. Şəfaət edənlərin şəfaəti onlara fayda verməz!” (“Muddəsir” surəsi, 40-48).


Yaşanacaq bu dialoqların ən maraqlılarından biri də möminlərlə münafiqlər arasında olan dialoqdur. Münafiqlər dünyada ikən bir müddət də olsa, möminlərin yanında olmuş kimsələrdir. İman gətirdikləri halda müxtəlif mənafelərinə görə özlərini mömin kimi göstərməyə çalışmış və beləcə “ikiüzlü” sifətini qazanmışdılar. Axirətdə isə cəhənnəmdə yanarkən möminləri görər və yardım istəməyə, yalvarmağa başlayarlar. Quranda bu dialoq belə bildirilir:


“O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: “Gözləyin ki, nurunuzdan bir qədər işıq alaq!” deyəcəklər. Belə cavab veriləcəkdir: “Geriyə dönüb işıq axtarın!” Bu sözlərdən sonra möminlərlə münafiqlərin arasına qapısının içəri tərəfində mərhəmət və bayır tərəfində əzab olan bir sədd çəkiləcəkdir. Münafiqlər möminləri səsləyib deyəcəklər: “Məgər biz sizinlə birlikdə deyildikmi?!” Möminlər belə cavab verəcəklər: “Bəli, bizimlə birlikdə idiniz. Lakin siz özünüzü fitnəyə salıb məhvə düçar etdiniz, gözlədiniz və şəkk etdiniz. Allahın əmri gəlib çatanadək sizi xam xəyallar, tamah aldatdı. Sizi Allah barəsində o tovladan tovladı! Bu gün artıq nə sizdən, nə də kafirlərdən heç bir fidyə qəbul olunmaz. Məskəniniz cəhənnəmdir. O, sizə daha çox yaraşır. Ora necə də pis sığınacaqdır!”” (“Hədid” surəsi, 13-15).

Qurtuluşu olmayan sonsuz əzab
İndiyə qədər bəhs etdiyimiz cəhənnəm əzabları ilə bərabər onların şiddətini qat-qat artıran başqa xüsusiyyətləri də vardır: buradan heç bir zaman qurtuluş yoxdur. Bir ağrı çox şiddətli olsa belə əgər insan onun bitəcəyini bilərsə, bu, onu rahatlaşdırır. Hər ağrının bitməsi bir ləzzətdir və bu ləzzəti gözləmək ağrı anında olsa belə insana ümid verir.
Ancaq bu ümid cəhənnəmdə yoxdur və cəhənnəm əhlini ən çox bədbəxtliyə düçar edən də elə budur. Odda yandıqları, zəncirləndikləri, qaynar su ilə bişirildikləri, qırmanclandıqları, dar yerlərə əlləri boyunlarına bağlı olaraq atıldıqları anlarda bilərlər ki, bu əzab sonsuza qədər davam edəcəkdir. Hər dəfə qaçmağa çalışdıqları zaman qarşılarının sərt bir şəkildə alınması onlara verilən işgəncənin sonsuza qədər davam edəcəyini göstərir. Bu öldürücü mühit bir ayədə belə bildirilir:


“Kafirlər cəhənnəmdən, qəmdən qurtarmaq istədikdə yenidən ora qaytarılırlar və onlara: “Dadın atəşin əzabını!” deyirlər” (“Həcc” surəsi, 22).


Cəhənnəmin hər tərəfi qapalıdır. Kafirlər üçün cəhənnəmə yalnız bir dəfə giriş vardır, sonra çıxış qeyri-mümkündür. Heç bir çıxış yolu yoxdur. Ətrafları kafirlərin aşmağa gücləri çatmayacaqları divarlardır, kilidlənmiş qapılarla əhatə olunmuşdur. Ayələrdə bu öldürücü həbsxana mühiti belə təsvir edilir:


“Ayələrimi inkar edənlər isə əməl dəftərləri sol əllərinə verilənlərdir! Onları hər tərəfi qapalı cəhənnəm gözləyir!” (“Bələd” surəsi, 19-20).
“Və de ki: “Haqq Rəbbimizindir. Kim istəyir inansın, kim istəyir inanmasın. Biz zalımlаr üçün elə bir atəş hazırlamışıq ki, onun pərdələri onları bürüyəcəkdir...”” (“Kəhf” surəsi, 29).


“Onların yeri cəhənnəmdir. Və oradan xilas olmağa çarə tapmazlar” (“Nisa” surəsi, 121).


Kafirlər atəşi gördükləri zaman aid olduqları yeri başa düşərlər. Anlayarlar ki, artıq heç kimsə üçün o atəşdən qaçış imkanı yoxdur. Zaman anlayışı yox olmuş və sonsuz bir əzab başlamışdır. Ağrının ən qorxunc xüsusiyyəti onun əbədi şəkildə davam etməsidir. Yüz il, min il və ya milyon il keçsə də, yenə də sona yaxınlaşmaz. Milyonlarla il sonsuzluğun yanında bir heçdir. Cəhənnəmdə yaşayan kafir dünyadakı kimi bir gün sonun olаcаğını gözləyər. Amma əbəs yerə. Buna görə də ayələrdə əzabın sonsuza qədər davam etməsi xüsusi bildirilmişdir:


“Allah münafiq kişilərə, münafiq qadınlara və bütün kafirlərə içində əbədi qalacaqları cəhənnəm odu vəd etmişdir. O atəş onlara kifayətdir. Allah onlara lənət elədi. Onları daimi bir əzab gözləyir!” (“Tövbə” surəsi, 68).
“Əgər onlar tanrı olsaydılar, ora girməzdilər. Hamısı orada həmişəlik qalacaqlar” (“Ənbiya” surəsi, 99).
“Kafir olanları cəhənnəm odu gözləyir. Nə onların ölümünə hökm olunar ki, ölüb canları qurtarsın, nə də əzabları yüngülləşər. Biz hər bir kafiri belə cəzalandırarıq!” (“Fatir” surəsi, 36).


Dünyada yaşanan bütün bu ağrılar üçün hökmən bir son, yəni qurtuluş vardır. Ağrı çəkən insanın iki qurtuluşu ola bilər: ya acı bitər, ya da insan ölər. Kənardan baxarkən görürük ki, ikisi də bir qurtuluşdur. Cəhənnəmdə isə vəziyyət daha pisdir. İztirab davamlı və arasıkəsilməzdir. Kafirlərin özlərinə gəlməsinə, rahat nəfəs almasına heç bir fürsət verilməz.

Sonsuz əzabdan qurtulmaq üçün bir xatırlatma
Kitab boyu dünyada Allahın ayələrindən üz çevirən və öz Yaradıcılarını - Uca Allahı şüursuzluqla inkar edənlərin axirətdə heç bir qurtuluşunun olmayacağı, onların cəhənnəmdə dəhşətli bir əzabla qarşılaşacağı bütün təfərrüatları ilə bildirildi.
Bax, buna görə də hər kəs burada bildirilən həqiqətlərdən аgаh olаn kimi əsla zaman itirmədən içində olduğu yoldan geri dönməlidir. Çünki bu yolun sonu böyük bir bədbəxtçiliyə gətirir. Atılması lazım olan ən mühüm addım isə özünü Allaha təslim etməkdir. İnkarçılar bunu etmədiyi təqdirdə əbədi bir peşmançılıq yaşayacaqlаr. İnkarçıların peşmançılığı Quranda belə xəbər verilir:


“Kafirlər yəqin ki, müsəlman olmalarını istərdilər! Qoy kafirlər hələ yeyib-içsinlər, ləzzət alsınlar, arzuları, ümidləri başlarını qatsın. Sonra biləcəklər!” (“Hicr” surəsi, 2-3).


Sonsuz əzabdan, peşmançılıqdan qurtulmanın, Allahın rizasını və cənnətini qazanmanın yolu isə bəllidir:
Gecikmədən Allaha qəlbdən iman gətirmək.
Bütün həyatını Onu razı edəcək davranışlarla keçirmək...

TƏKAMÜL YALANI

Darvinizm, yəni təkamül nəzəriyyəsi yaradılış həqiqətini inkar etmək məqsədilə ortaya atılmış, ancaq heç bir müvəffəqiyyət qazana bilməmiş elmdən uzaq bir sayıqlamadan başqa bir şey deyil. Canlı aləmin cansız maddələrdən təsadüfən əmələ gəldiyini iddia edən bu nəzəriyyə elmin kainatda və canlılarda çox açıq bir "nizam" olmasını sübut etməsi ilə çürümüşdür. Beləliklə, bütün kainatın və canlıların    Allah tərəfindən yaradılması həqiqəti elm tərəfindən də sübut olunmuşdur. Təkamül nəzəriyyəsini ayaqda saxlaya bilmək üçün bu gün bütün dünyada aparılan təbliğat yalnız elmi həqiqətlərin təhrif edilməsinə, bu həqiqətlərin birtərəfli şəkildə izah olunmasına, elm görüntüsü altında söylənən yalanlara və yol verilən saxtakarlıqlara əsaslanır.
Ancaq bu təbliğat da həqiqəti ört-basdır edib gizlədə bilmir. Təkamül nəzəriyyəsinin elm tarixindəki ən böyük yalan olması faktı son 20-30 ildə elm dünyasında getdikcə daha yüksək səslə dilə gətirilir. Xüsusilə 1980-ci illərdən sonra aparılan tədqiqatlar darvinistlərin iddialarının tamamilə yanlış olduğunu ortaya qoymuş və bu həqiqət bir xeyli alim tərəfindən qeyd edilmişdir. Ələlxüsus da ABŞ-da biologiya, biokimya, paleontologiya kimi müxtəlif elm sahələrində çalışan alimlər darvinizmin artıq öz qüvvəsini itirdiyini görür, canlıların mənşəyini artıq yaradılış ilə açıqlayırlar.
Təkamül nəzəriyyəsinin süqutunu və yaradılışın dəlillərini başqa əksər çalışmalarımızda bütün elmi təfərrüatları ilə qeyd etdik və qeyd etməyə davam edirik. Ancaq bu məsələ çox əhəmiyyətli olduğu üçün burada da bir çox məsələləri xülasə etmək zəruri və faydalıdır.

Darvini yıxan çətinliklər
Təkamül nəzəriyyəsi tarixi kökləri ilə qədim Yunanıstana qədər gedib çıxan bir təlim olsa da, o, yalnız XIX əsrdə əhatəli şəkildə ortaya çıxdı. Nəzəriyyəni elm dünyasının gündəminə salan ən mühüm hadisə Çarlz Darvinin 1859-cu ildə nəşr edilən "Növlərin mənşəyi" adlı kitabı oldu. Darvin bu kitabda canlıların müxtəlif növlərinin      Allah tərəfindən ayrı-ayrılıqda yaradılması gerçəyinə qarşı çıxırdı. Darvinə görə, bütün cinslər müştərək bir atadan gəlirdi və onlar zaman ötdükcə kiçik dəyişikliklər sayəsində bir-birindən fərqlənmişdilər.
Darvinin nəzəriyyəsinin heç bir maddi dəlili yox idi. O, özü də bunu qəbul edirdi ki, bu nəzəriyyə yalnız "ortaya atılan məntiqi fikir" idi. Hətta Darvinin öz kitabındakı "Nəzəriyyənin çətinlikləri" başlıqlı geniş hissədə də etiraf etdiyi kimi, bu nəzəriyyə bir çox mühüm sual qarşısında aciz qalır.
Darvin zənn edirdi ki, onun nəzəriyyəsinin qarşısında dayanan çətinliklər elmin inkişafı ilə aradan qaldırılacaq, yəni elmi kəşflər bu nəzəriyyənin elmi əsaslarını gücləndirəcək. O, bunu kitabının bir çox yerində bildirmişdi. Ancaq durmadan inkişaf edən elm Darvinin bu ümidlərinin tam əksinə olaraq, həmin nəzəriyyənin başlıca müddəalarını bir-birinin ardınca sarsıdırdı.
Darvinizmin elm qarşısındakı məğlubiyyəti üç əsas başlıqda incələnə bilər:
1. Bu nəzəriyyə həyatın Yer üzündə ilk dəfə necə ortaya çıxdığını heç cür açıqlaya bilmir.
2. Darvinizm nəzəriyyəsinin ortaya atdığı "təkamül mexanizmləri"nin həqiqətdə təkmilləşdirici təsirə malik olduğunu göstərən heç bir elmi sübut yoxdur.
3. Daşlaşmış bitki qalıqları və torf qatları təkamül nəzəriyyəsinin irəli sürdüyü proqnozların tam əksini ortaya çıxarır.
Bu bölümdə qeyd edilən əsas müddəaları onların mahiyyəti baxımından incələyəcəyik.

Keçilə bilməyən ilk pillə: həyatın mənşəyi
Təkamül nəzəriyyəsi bütün canlı növlərini ibtidai dünyada təxminən 3,8 milyard il əvvəl meydana çıxan yeganə bir canlı hüceyrədən əmələ gəldiyini iddia edir. Tək hüceyrənin milyonlarla kompleks canlı növünü necə meydana gətirməsi və belə bir təkamül əgər həqiqətən də olubsa, bunun izlərinin daşlaşmış bitki qalıqlarında, torf qatlarında niyə tapılmaması darvinizm nəzəriyyəsinin cavablandıra bilmədiyi suallardır. Ancaq bütün bunlardan əvvəl iddia edilən təkamül mərhələsinin ilk pilləsində dayanmaq lazımdır: bəhs edilən o "ilk hüceyrə" necə ortaya çıxmışdır?
Təkamül nəzəriyyəsi yaradılışı rədd etdiyi və heç bir fövqəltəbii müdaxiləni qəbul etmədiyi üçün "ilk hüceyrə"nin heç bir plan və nizam-intizam olmadan, təbiət qanunları çərçivəsində təsadüfən meydana gəldiyini iddia edir. Yəni bu nəzəriyyəyə görə, cansız maddə təsadüflər nəticəsində ortaya canlı bir hüceyrə çıxarmalıdır. Ancaq bu, məlum olan ən əsas bioloji qanunlara zidd iddiadır.

"Həyat həyatdan gəlir"
Darvin öz kitabında həyatın mənbəyi barədə heç nə qeyd etməyib. Çünki onun dövründəki ibtidai elm canlıların çox sadə bir quruluşa malik olduğunu güman və iddia edirdi. Orta əsrlərdən bəri böyük etimad bəslənən və "spontan generasiya" adlanan nəzəriyyənin tərəfdarları cansız maddələrin təsadüfən bir yerə yığışıb canlı bir varlıq meydana gətirməsinə inanırdı. Bu dövrdə böcəklərin yemək qalıqlarından, siçanların isə buğdadan əmələ gəldiyinə şübhə etmirdilər. Bunu isbat etmək üçün hətta qəribə təcrübələr də aparmışdılar. Çirkli bir parçanın üstünə bir az buğda qoyulmuş, bir qədər gözləyərlərsə, bu çulğaşmadan siçanların meydana gələcəyi zənn edilmişdi.
Çiy ətin qurd salması da həyatın cansız maddələrdən meydana gəlməsinə dəlil sayılırdı. Halbuki daha sonralar məlum olacaqdı ki, ətin üstündə yaranan qurdlar öz-özünə meydana gəlmir, milçəklərin gətirib ora qoyduğu gözlə görünməyən sürfələrdən çıxırlar.
Darvin özünün "Növlərin mənşəyi" adlı kitabını yazdığı dövrdə isə elm dünyası belə hesab edirdi ki, bakteriyalar cansız maddədən meydana gəlir. Halbuki məşhur fransız bioloqu Luis Paster təkamülün əsası olan bu inancı Darvinin kitabının nəşr edilməsindən beş il sonra qəti olaraq rədd etdi. Paster apardığı çalışma və təcrübələrdən sonra gəldiyi nəticəni belə xülasə edirdi:
"Cansız maddələrin həyat əmələ gətirməsinə dair iddia daha qəti olaraq tarixin arxivinə verilmişdir" (Sidney Fox, Klaus Dose, Molecular Evolution and The Origin of Life, Marcel Dekker, New York, 1977, səh. 2).
Təkamül nəzəriyyəsinin tərəfdarları Pasterin gəldiyi nəticələrə qarşı uzun müddət mübarizə apardılar. Ancaq inkişaf edən elm canlı hüceyrənin mürəkkəb quruluşunu ortaya çıxarandan sonra həyatın öz-özünə meydana gəlməsi iddiasının çürüklüyü bir daha və qəti şəkildə aydın oldu.

XX əsrdəki nəticəsiz səylər
XX əsrdə həyatın mənşəyi mövzusu ilə bağlı proseslərin önündə gedən ilk təkamülçü məşhur rus bioloqu Aleksandr Oparin oldu. Oparin 1930-cu illərdə ortaya atdığı bəzi tezislərlə canlı hüceyrənin təsadüfən meydana gələ biləcəyini isbat etməyə çalışdı. Ancaq onun bu axtarışları nəticəsiz qaldı. Oparin bunu etiraf etməyə məcbur oldu:


"Təəssüf ki, hüceyrənin mənşəyi problemi təkamül nəzəriyyəsini bütövlükdə əhatə edən ən qaranlıq məsələni təşkil edir" (Alexander I. Oparin, Origin of Life, Dover Publications, New York, (1936), 1953 (reprint), səh. 196).


Oparinin arxasınca gedən təkamülçülər həyatın mənşəyi mövzusunu bir yerə çıxara bilmək üçün təcrübələr aparmağa səy göstərdilər. Bu təcrübələrin ən məşhuru amerikalı kimyagər Stenli Miller tərəfindən 1953-cü ildə aparıldı. S.Miller ibtidai dünyanın atmosferində olduğunu iddia etdiyi qazları bir təcrübə vasitəsilə birləşdirərək və bu reaksiyaya enerji əlavə edərək proteinlərin tərkibindəki bir neçə üzvi molekulu (aminoasit) sintez etdi.

Həmin illərdə əhəmiyyətli bir mərhələ kimi təqdim olunan bu təcrübənin nəticəsiz qalması və təcrübədə istifadə edilən atmosferin gerçək dünya atmosferindən çox fərqli olması gələcək illərdə ortaya çıxacaqdı ("New Evidence on Evolution of Early Atmosphere and Life", Bulletin of the American Meteorological Society, c. 63, noyabr 1982, ss. 1328-1330).
Uzun müddət davam edən bu səssizlikdən sonra Millerin özü də istifadə elədiyi atmosferin həqiqi olmadığını etiraf etdi (Stanley Miller, Molecular Evolution of Life:  Current Status of the Prebiotic Synthesis of Small Molecules, 1986, səh. 7).
Həyatın mənşəyi məsələsini açıqlamaq üçün təkamülçülərin XX əsrdə apardığı bütün səylər nəticəsiz qaldı. San Dieqo Skripps Institutundan olan tanınmış geokimyaçı Ceffri Bada təkamülçü "Earth" jurnalında 1998-ci ildə nəşr edilən bir məqalədə bu həqiqəti belə qəbul edir:
"Bu gün XX əsri arxada qoyarkən hələ XX əsrə daxil olanda malik olduğumuz ən böyük həllini tapmamış problemlə qarşı-qarşıyayıq: həyat Yer üzündə necə başladı?" (Jeffrey Bada, Earth, fevral 1998, səh. 40).

Həyatın kompleks quruluşu
Təkamül nəzəriyyəsinin həyatın mənşəyi mövzusunda çox ciddi çətinliyə düşməsinin əsas səbəbi ən sadə hesab edilən canlı orqanizmlərin inanılmayacaq dərəcədə qarmaqarışıq quruluşa malik olmasıdır. Canlı varlığın hüceyrəsi insan övladının düzəltdiyi texniki məhsullardan daha mürəkkəbdir. Belə ki, bu gün dünyanın ən inkişaf etmiş laboratoriyalarında da cansız maddələri bir yerə yığaraq canlı hüceyrə əldə etmək mümkün deyil.


Bir hüceyrənin meydana gəlməsi üçün lazım olan şərtlər heç vaxt təsadüflərlə izah edilməyəcək qədər çoxdur. Hüceyrənin əsaslarından biri olan proteinlərin təsadüfi olaraq sintezləşmə ehtimalı isə 500 aminoasitlik yuvarlaq bir protein üçün 10950-də 1-dir. Ancaq riyaziyyatda 1050-də 1-dən aşağı olanlar "imkansız" sayılır. Hüceyrənin nüvəsində yerləşən və özündə genetik bilgini gizlədən DNT molekulu isə inanılmaz bir məlumat bankıdır. Hesablamalara əsasən, insan DNT-sinin ehtiva etdiyi məlumat kağıza köçürülə bilsə, 500 səhifədən ibarət 900 cildlik bir kitabxana meydana gələ bilər. Bu nöqtədə çox maraqlı bir dilemma da var: DNT ancaq bəzi xüsusiləşmiş proteinlərin köməyi ilə cütləşə bilir.

Ancaq bu proteinlərin sintezi də ancaq DNT-dəki məlumatlara uyğun olaraq həyata keçir. Bir-birinə bağlı olduqlarına görə cütləşmənin meydana gələ bilməsi üçün onların ikisinin də eyni anda mövcud olması lazımdır. Bu isə həyatın özü-özündən meydana gəlməsi barədəki ssenarini çətinliyə salır. San Dieqo Kaliforniya Universitetindən məşhur təkamülçü alim, professor Lesli Orgel (Leslie Orgel) "Scientific American" jurnalının 1994-cü ilin oktyabr ayındakı sayında bu həqiqəti belə etiraf edir:
"Son dərəcə kompleks quruluşlara sahib olan proteinlərin və nuklein turşularının (RNT və DNT) eyni yerdə və eyni vaxtda təsadüf nəticəsində əmələ gəlməsi hətta ehtimaldan da həddindən artıq uzaqdır. Ancaq bunların biri olmadan digərini əldə etmək də mümkün deyil. Dolayısı ilə insan həyatın kimyəvi yollarla ortaya çıxmasının heç vaxt mümkün olmaması nəticəsinə gəlmək məcburiyyətində qalır" (Leslie E. Orgel, "The Origin of Life on Earth", Scientific American, c. 271, oktyabr 1994, səh. 78).
Şübhəsiz ki, əgər həyatın təsadüflərlə ortaya çıxmasının qeyri-mümkünlüyü təsdiqlənirsə, bu vəziyyətdə onun fövqəltəbii şəkildə yaradıldığını qəbul etmək lazımdır. Bu həqiqət isə əsas məqsədi yaradılışı rədd etmək olan təkamül nəzəriyyəsinin açıq-aşkar mənasızlığını ortaya çıxarır.


Təkamülün xəyali mexanizmləri
Darvinizm nəzəriyyəsini puç edən başqa ikinci böyük məsələ bu nəzəriyyənin "təkamül mexanizmləri" kimi ortaya atdığı iki anlayışın da əsl həqiqətdə heç bir təkmilləşdirici gücə malik olmamasının sübuta yetirilməsidir. Darvin ortaya atdığı təkamül iddiasını tam şəkildə "təbii seleksiya" mexanizminə bağlamışdı. Onun bu mexanizmə verdiyi əhəmiyyət kitabının adından da görünürdü: "Növlərin mənşəyi təbii seleksiya yolu ilə".
Təbii seleksiya təbii seçmə deməkdir və təbiətdəki həyat mübarizəsində təbii şərtlərə uyğun olan güclü canlıların həyatda qalacağı düşüncəsinə əsaslanır. Məsələn, yırtıcı heyvanlar tərəfindən hürküdülən bir maral sürüsündə daha sürətli qaça bilənlər həyatda qalacaqlar. Beləliklə, maral sürüsü sürətlilərdən və güclülərdən meydana gəlməlidir. Ancaq bu mexanizm maralları əlbəttə, təkmilləşdirməz, onları başqa bir canlı növünə, məsələn, atlara çevirməz.


Dolayısı ilə təbii seleksiya mexanizmi heç bir təkmilləşdirici gücə malik deyil. Darvin də bu həqiqətin fərqində idi və "Növlərin mənşəyi" kitabında "faydalı dəyişikliklər meydana gəlmədiyi vaxtda təbii seleksiya heç nə edə bilməz" demək məcburiyyətində qalmışdı (Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 189).

Lamarkın təsiri
Yaxşı, bəs bu "faydalı dəyişikliklər" necə meydana gəldi? Darvin öz dövrünün ibtidai elm anlayışı daxilində bu suala Lamarka əsaslanaraq cavab verməyə çalışmışdı. Darvindən əvvəl yaşamış fransız bioloqu Lamarka görə, canlılar həyatları boyu məruz qaldıqları fiziki dəyişiklikləri sonrakı nəslə ötürürlər, nəsildən-nəslə ötürülərək yığılan bu xüsusiyyətlər nəticəsində isə yeni cinslər meydana çıxır. Məsələn, Lamark deyirdi ki, zürafələr ceyranlardan əmələ gəliblər. Belə ki, hündür ağacların yarpaqlarını yemək üçün səy göstərərkən onların nəsildən-nəslə boyları uzanıb.


Darvin də buna oxşar misallar gətirmiş, məsələn, "Növlərin mənşəyi" kitabında qida tapmaq üçün suya girən bəzi ayıların bir müddət sonra balinalara çevrildiyini iddia etmişdi(Charles Darwin, The Origin of Species: A Facsimile of  the First Edition, Harvard University Press, 1964, səh. 184).
Amma Mendel tərəfindən kəşf olunmuş və XX əsrdə inkişaf edən genetika elmi ilə öz qəti təsdiqini tapmış atavizm qanunları qazanılmış xüsusiyyətlərin sonrakı nəsillərə ötürülməsi əfsanəsini qəti olaraq darmadağın etdi. Beləliklə, təbii seleksiya bütünlüklə təsirsiz bir mexanizm olaraq qaldı.

Neodarvinizm və mutasiyalar
Darvinistlər isə bu vəziyyətdən bir çıxış yolu tapmaq üçün 1930-cu illərin axırlarında "Müasir sintetik nəzəriyyə"ni, daha məşhur adı ilə desək, neodarvinizmi ortaya atdılar. Neodarvinizm təbii seleksiya konsepsiyasına "faydalı dəyişikliklərin səbəbi" kimi mutasiyaları, yəni canlıların genlərinə radiasiya kimi xarici təsirlərin, ya da köçürmə səhvləri nəticəsində meydana gələn pozuntuları əlavə etdi.
Bu gün dünyada təkamül adına hələ də qəbul edilən model neodarvinizmdir. Nəzəriyyə Yer üzündə olan milyonlarla canlı növünün, bu canlıların qulaq, göz, ağciyər, qanad kimi saysız kompleks orqanlarının "mutasiyalara", yəni genetik pozuntulara əsaslanan bir mərhələ nəticəsində əmələ gəldiyini iddia edir. Ancaq nəzəriyyəni kəsərsiz edən açıq bir elmi həqiqət var: mutasiyalar canlıları inkişaf etdirməz, əksinə, onlara həmişə zərər verərlər.


Bunun səbəbi çax sadədir: DNT çox kompleks bir quruluşa malikdir. Bu molekul üzərində meydana gələn hər hansı təsadüfi təsir ancaq zərər verir. Amerikalı genetik B.G.Ranganathan bunu belə açıqlayır:
"Mutasiyalar kiçik, təsadüfi və zərərlidirlər. Çox nadir hallarda meydana gəlirlər və ən yaxşı ehtimalla təsirsizdirlər. Bu üç xüsusiyyət mutasiyaların təkamülçü bir inkişafa səbəb ola bilməyəcəyini göstərir. Onsuz da yüksək dərəcədə əlahiddələşmiş bir orqanizmdə meydana gələn təsadüfi bir hal ya təsirsiz olacaq, ya da zərərli. Bir qol saatında meydana gələcək təsadüfi dəyişiklik onu inkişaf etdirməyəcəkdir. Böyük ehtimalla ona zərər verəcək və ya ən yaxşı ehtimalla təsirsiz qalacaq. Bir zəlzələ bir şəhəri inkişaf etdirməz, əksinə, onu dağıdar" (B.G. Ranganathan, Origins?, The Banner Of Truth Trust, Pennsylvania, 1988).


Bu günə qədər heç bir faydalı mutasiya nümunəsi olmayıb. Bütün mutasiyaların zərərli olduğu müəyyənləşdi. Aydın oldu ki, təkamül nəzəriyyəsinin "təkamül mexanizmi" kimi göstərdiyi mutasiyalar həqiqətdə canlılara ancaq ziyan verən, onları şikəst edən bir genetik hadisədir. (İnsanlarda mutasiyanın ən çox görünən təsiri xərçəng xəstəliyidir). Əlbəttə, zərərverici bir mexanizm "təkamül mexanizmi" ola bilməz. Təbii seleksiya isə Darvinin də qəbul etdiyi kimi, "özbaşına heç nə edə bilməz". Bu həqiqət bizlərə təbiətdə heç bir "təkamül mexanizmi"nin olmadığını göstərir. Təkamül mexanizmi olmadığına görə isə təkamül deyilən xəyali mərhələ də ola bilməz.

Daşlaşmış qalıqlarda keçid formalarının izi yoxdur
Təkamül nəzəriyyəsinin iddia etdiyi ssenarinin baş verməməsinin ən açıq sübutu isə daşlaşmış bitki qalığı qatları, torf laylarıdır. Təkamül nəzəriyyəsinə görə, bütün canlılar bir-birindən törəmişdir. İlk canlı növü vaxt keçəndən sonra başqa formaya çevrilmiş və bütün cinslər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə, bu dəyişiklik yüz milyon illər boyu sürərək mərhələ-mərhələ davam etmişdir.


Bu vəziyyətdə iddia edilən uzun dəyişiklik müddəti boyunca saysız-hesabsız "ara cinslər"in meydana gəldiyini və yaşadığını qəbul etmək lazımdır. Məsələn, keçmişdə özündə balıq xüsusiyyətlərinin olmasına baxmayaraq, bir yandan da bəzi sürünənlərin xüsusiyyətlərini qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamış olmalı idi. Yaxud da sürünənlərin xüsusiyyətlərinə malik olarkən bir yandan da bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar ortaya çıxmalı idi. Ancaq onlar keçid mərhələsində olduqları üçün şikəst, nöqsanlı və qüsurlu canlılar olmalı idilər. Təkamülçülər keçmişdə yaşadıqlarına inandıqları bu nəzəri məxluqlara "ara keçid forması" adını verirlər.


Əgər həqiqətən keçmişdə bu cür canlılar yaşayıbsa, onda onların sayları və növləri milyonlarla, hətta milyardlarla olmalı idi. Və bu qəribə canlıların qalıqlarına mütləq daşlaşmış qalıqlarda, torf laylarında rast gəlinməli idi. Darvin "Növlərin mənşəyi"ndə bunu belə açıqlamışdır:
"Əgər nəzəriyyə düzdürsə, cinsləri bir-birinə bağlayan saysız ara keçid növləri mütləq yaşamalıdır... Bunların yaşamasına dair sübutlar da təkcə daşlaşmış bitki qalıqları qatları arasında tapıla bilər(Charles Darwin, The Origin of Species: A Facsimile of the First Edition, Harvard University Press, 1964, səh. 179.).

Darvinin puç olan ümidləri
XIX əsrin ortalarından etibarən dünyanın dörd bir tərəfində daşlaşmış qalıqlar tədqiq edilsə də, həmin laylarda bu ara keçid formalarına heç vaxt rast gəlinməyib. Aparılmış qazıntı və araşdırmalar zamanı əldə edilən bütün tapıntılar təkamülçülərin gözlədiklərinin əksinə olaraq göstərdi ki, canlılar Yer üzündə birdən-birə, nöqsansız və qüsursuz bir şəkildə ortaya çıxıblar.
Tanınmış ingilis paleontoloqu Derek U.Eger özü təkamülçü olsa da bu gerçəyi belə etiraf edir:


"Problemimiz budur ki, geoloji layları, daşlaşmış qatları bütün təfərrüatı ilə araşdıranda, istər cinslər, istərsə də siniflər səviyyəsində olsun, davamlı olaraq həmişə eyni həqiqətlə qarşılaşırıq: mərhələli təkamüllə inkişaf edən deyil, Yer kürəsində birdən-birə meydana gələn qruplar görürük (Derek A. Ager, "The Nature of the Fossil Record", Proceedings of the British Geological Association, c. 87, 1976, səh. 133)
Yəni bütün canlı növləri daşlaşmış laylarda aralarında heç bir keçid forması olmadan, nöqsansız şəkildə ani olaraq ortaya çıxırlar. Bu isə Darvinin düşüncülərinin tam əksi və canlı növlərinin yaradıldığını göstərən çox güclü dəlildir. Çünki bir canlı növünün özü-özündən təkmilləşməsinin, heç bir ata olmadan bir anda və qüsursuz olaraq ortaya çıxmasının yeganə izahı, o cinsin yaradılmasıdır. Bu həqiqət məşhur təkamülçü bioloq Duqlas Futuyma tərəfindən də qəbul edilir:


"Yaradılış və təkamül hazırda yaşayan canlıların mənşəyi haqqında iki mümkün açıqlamalardır. Canlılar dünya üzərində ya tamamilə mükəmməl və nöqsansız bir şəkildə ortaya çıxmışdır, ya da belə olmamışdır. Əgər belə olmayıbsa, onda bir dəyişiklik mərhələsi sayəsində özlərindən əvvəl mövcud olan bəzi canlı növlərinin təkamülü yolu ilə meydana gəlməlidirlər. Amma onlar əgər qüsursuz və mükəmməl bir şəkildə ortaya çıxıblarsa, o halda sonsuz güc sahibi bir ağıl tərəfindən yaradılmalıdırlar (Douglas Y. Futuyma, Science on Trial, Pantheon Books, 1983, səh. 197).
Daşlaşmış qalıqlar da canlıların Yer üzündə qüsursuz və  mükəmməl şəkildə ortaya çıxdığını göstərir. Yəni növlərin mənşəyi Darvinin iddiasının əksinə olaraq təkamül deyil, yaradılışdır.

İnsanın təkamülü nağılı
Təkamül nəzəriyyəsini müdafiə edənlərin ən çox gündəmə gətirdiyi məsələ insanın mənşəyi məsələsidir. Bu məsələdəki darvinist iddia bu gün yaşayan müasir insanın meymunabənzər bəzi məxluqlardan əmələ gəldiyini bildirir. 4-5 milyon il bundan əvvəl başlandığı qəbul edilən bu mərhələdə müasir insanla onun əcdadları arasında bəzi "ara forma"ların yaşadığı iddia olunur. Həqiqətdə isə bütünlüklə xəyali olan bu ssenaridə dörd əsas "kateqoriya" sadalanır:
1. Australorithecus
2. Homo habilis
3. Homo erectus
4. Homo sapiens.
Təkamülçülər insanların guya ilk meymunabənzər əcdadlarına "cənub meymunu" mənasına gələn "australorithecus" adını verirlər. Bu canlılar həqiqətdə nəsli tükənmiş bir meymun cinsindən başqa bir şey deyil. İngiltərə və ABŞ-dan olan lord Soli Zakerman (Lord Solly Zuckerman) və prof. Çarlz Oksnerd (Charles Oxnard) kimi dünyanın iki məşhur anatomistinin australorithecus nümunələri üzərində apardıqları çox əhatəli çalışmalar bu canlıların yalnız nəsli kəsilmiş bir meymun cinsinə aid olmasını və onların insanlarla heç bir oxşarlığa malik olmadığını göstərmişdir (Solly Zuckerman, Beyond The Ivory Tower, Torlinger Publications, New York, 1970, ss. 75-94; Charles E. Oxnard, "The Place of Australorithecines in Human Evolution: Grounds for Doubt", Nature, c. 258, səh. 389).


Təkamülçülər insan təkamülünün sonrakı mərhələsini də "homo", yəni insan olaraq təsnif edirlər. İddialara görə, homo sırasındakı canlılar australorithecus-lardan daha çox inkişaf etmişdilər. Təkamülçülər bu fərqli canlılara aid fəsilləri ard-arda düzərək xəyali bir təkamül cədvəli təşkil edirdi. Bu cədvəl xəyalidir, çünki həqiqətdə bu müxtəlif siniflər arasında təkamül əlaqəsinin olduğu heç vaxt sübut edilməmişdir. Təkamül nəzəriyyəsinin XX əsrdəki ən mühüm müdafiəçilərindən biri olan Ernst Meyr (Ernst Mayr) "Homo sapiensə uzanan zəncir həqiqətdə itkindir" deyərək bunu qəbul edir (Y. Rennie, "Darwin's Current Bulldog: Ernst Mayr", Scientific American, dekabr 1992).
Təkamülçülər australorithecus-homo habilis-homo erectus-homo sapiens sıralamasını tərtibləyərkən bunların hər birinin ondan sonra gələnin atası olması təsvirini yaratmağa çalışırlar. Halbuki paleoantropoloqların son tapıntıları australorithecus, homo habilis və homo erectus-un dünyanın müxtəlif bölgələrində eyni dövrlərdə yaşadıqlarını sübut etmişdir (Alan Walker, Science, c. 207, 1980, səh. 1103; A.Y.Kelso, Physical Antropology, 1. nəşr, Y.B.Lirincott Co., New York, 1970, səh. 221; M.D. Leakey, Olduvai Gorge, c. 3, Cambridge University Press, Cambridge, 1971, səh. 272).


Homo erectus sinifinə daxil edilən insanların bir hissəsi müasir dövrlərə qədər, homo sapiens neandertal və homo sapiens isə sapiens (müasir) insanla eyni şəraitdə yan-yana yaşamışlar (Time, noyabr 1996).
Bu isə əlbəttə, bu siniflərin bir-birinin əcdadı olması iddiasının qüvvədə qalmadığını aydın şəkildə ortaya qoyur. Harvard Universiteti (ABŞ) paleontoloqlarından Stefan Cey Quld (Stephen Jay Gould) özü bir təkamülçü olsa da, darvinizm nəzəriyyəsinin bu çətinliyini belə izah edir:
“Əgər bir-biri ilə paralel olaraq yaşayan üç müxtəlif hominid (insanabənzər) cizgisi varsa, elə isə bizim nəsil ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən meydana çıxmış ola bilməz. Bunların biri digəri ilə müqayisə ediləndə təkamül nəticəsində bir inkişaf ardıcıllığı göstərə bilmirlər” (S.Y. Gould, Natural History, c. 85, 1976, səh. 30).
Qısası, mətbuatda və ya dərs kitablarında qeyd edilən və xəyalların məhsulu olan bəzi "yarımeymun, yarıinsan" canlıların şəkilləri ilə, yəni ancaq təbliğat yolu ilə güclə saxlanmağa çalışılan insanın təkamülü ssenarisi heç bir elmi əsası olmayan nağıldan ibarətdir.
Bu mövzunu uzun illər araşdıran, xüsusilə australorithecus fəsilləri üzərində 15 il tədqiqat aparan Ingiltərənin ən məşhur və mötəbər alimlərindən biri lord Soli Zakerman özü bir təkamülçü idi, amma o da ortada meymunabənzər canlılardan insana gəlib çıxan həqiqi bir nəsil ağacının olmadığı nəticəsinə gəlmişdir.


Lord S.Zakerman bir də maraqlı bir "elm şkalası" hazırlamışdı. O, elmi olaraq qəbul etdiyi elm sahələrindən elmdən uzaq olaraq qəbul etdiyi elm sahələrinə qədər bir cədvəl təşkil etmişdi. Lord S.Zakermanın bu cədvəlinə görə, elmi, yəni konkret faktlara əsaslanan elm sahələri kimya və fizikadır. Cədvəldə bunlardan sonra biologiya elmləri, sonra da sosial elmlər yerləşir. Cədvəlin sonunda, yəni elmdən ən kənar hesab edilən hissədə isə telepatiya, "altıncı hiss" kimi "hissdənkənar dərk etmək" anlayışı, bir də "insanın təkamülü" vardır! Lord Zakerman cədvəlin bu hissəsini belə izah edir:


“Obyektiv gerçəkliyin sahəsindən çıxıb da bioloji elm olaraq qəbul edilən bu sahələrə, yəni hissdənkənar idraka və insanın daşlaşmış tarixinin izah edilməsinə daxil olanda, təkamül nəzəriyyəsinə inanan bir adam üçün hər şeyin mümkün olduğunu görürük. Belə ki, öz nəzəriyyələrinə qəti olaraq inanan bu adamların hətta bəzi ziddiyyətli qərarları eyni anda qəbul etməsi də mümkündür” (Solly Zuckerman, Beyond The Ivory Tower, Torlinger Publications, New York, 1970, səh. 19).
İnsanın təkamülü nağılı da öz nəzəriyyələrinə kor-koranə inanan bəzi insanların tapdıqları bəzi daşlaşmış qalıqları əvvəlcədən qəbul etdikləri fikirlərinə uyğun olaraq izah etməkdən ibarətdir.

Darvin düsturu!
Bura qədər qeyd etdiyimiz bütün texniki sübutlarla yanaşı təkamülçülərin necə cəfəng bir inanca malik olmasını bir də uşaqların da başa düşəcəyi qədər aydın bir misalla xülasə edək.
Təkamül nəzəriyyəsi canlı aləmin təsadüfən meydana gəldiyini iddia edir. Dolayısı ilə bu iddiaya görə, cansız və şüursuz atomlar bir yerə yığılaraq əvvəlcə hüceyrəni, sonra da eyni atomlar hər hansısa bir şəkildə digər canlıları və insanı meydana gətirmişdir. İndi fikirləşək. Canlı aləmin əsasları olan karbon, fosfor, azot, potasium bircə canlı da meydana gətirə bilməzlər. İstəsəniz bu məsələdə bir "təcrübə" aparaq və təkamülçülərin əslində müdafiə etdikləri, ancaq uca səslə deyə bilmədikləri iddianı onların adından "Darvin düsturu" ilə incələyək.


Təkamülçülər canlı aləmin əsasını təşkil edən fosfor, azot, karbon, oksigen, dəmir, maqnezium kimi elementlərdən çoxlu sayda böyük çənin içinə bol miqdarda qoysunlar. Hətta adi hallarda olmayan, ancaq bu qarışığın içində olmalıdır dedikləri bəzi ləvazimatları da bu çənə əlavə etsinlər. Qarışıqların içinə istədikləri qədər aminosit, istədikləri miqdarda da (birinin də təsadüfən meydana gəlmə ehtimalı  10-950 olan) protein doldursunlar. Bu qarışığa istədikləri kimi istilik və rütubət versinlər. Bunları istədikləri inkişaf etmiş cihazlarla qarışdırsınlar. Çənlərin yanına da bu dünyanın ən məşhur alimlərini dəvət etsinlər. Bu mütəxəssislər atadan oğula, nəsildən-nəslə ötürülərək növbə ilə milyardlarla, hətta trilyonlarla il davamlı olaraq çənlərin yanında gözləsinlər. Bir canlının meydana gəlməsi üçün hansı şərtlərin mövcud olmasına inanırlarsa, hamısından istifadə etmək sərbəst olsun.

Ancaq nə edirlərsə-etsinlər, o çənlərdən qətiyyən bir canlı çıxara bilməyəcəklər. Zürafələri, şirləri, arıları, bülbülləri, tutuquşuları, atları, delfinləri, gülləri, zanbaqları, qərənfilləri, bananları, portağalları, almaları, xurmaları, pomidorları, yemişləri, qarpızları, əncirləri, zeytunları, üzümləri, şaftalıları, tovuzquşularını, qırqovulları, müxtəlif rəngli kəpənəkləri və bunlar kimi milyonlarla canlı növündən heç birini əmələ gətirə bilməzlər. Burada adını qeyd etdiyimiz bu canlı varlıqların tək bir hüceyrəsini də əldə edə bilməzlər.
Qısası, şüursuz atomlar bir yerə yığılaraq hüceyrəni əmələ gətirə bilməzlər. Sonra yeni bir qərar verərək bir hüceyrəni iki yerə ayıran, daha sonra bir-birinin ardınca fərqli qərarlar verən, elektron mikroskopunu kəşf edən, sonra öz hüceyrə quruluşunu bu mikroskopun altında incələyən professorları da əmələ gətirə bilməzlər.
Maddə ancaq Allahın üstün yaratması ilə canlı ola, həyat tapa bilər. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə təfəkkür və idraka tamamilə zidd olan bir cəfəngiyyatdır. Təkamülçülərin ortaya atdığı iddialar ətrafında bir az düşünmək, haqqında yuxarıda danışılan nümunədə olduğu kimi, bu həqiqəti də aydın şəkildə göstərir.

Gözdəki və qulaqdakı texnologiya
Təkamül nəzəriyyəsinin heç vaxt izah edə bilməyəcəyi başqa bir məsələ isə gözdəki və qulaqdakı mükəmməl hissetmə (lamisə) keyfiyyətidir.
Gözlə bağlı mövzuya keçməzdən əvvəl "necə görürük?" sualına qısa da olsa cavab verək. Bir cisimdən gələn şüalar gözə tərs olaraq düşürlər. Bu şüalar buradakı hüceyrələr tərəfindən elektrik siqnallarına çevrilir və beynin arxa tərəfindəki görmə mərkəzi deyilən kiçik bir nöqtəyə ötürülür. Bu elektrik siqnalları sıra ilə davam edən icraatlardan sonra beyindəki bu mərkəzdə görüntü olaraq hiss edilir və görülür.


Bu məlumatdan sonra indi bir az fikirləşək. Beyin işıq üçün qapalıdır. Yəni beynin içi qapqaranlıqdır, işıq beynin olduğu yerə qədər gedib çıxa bilməz. Görüntü mərkəzi deyilən yer zülmət qaranlıq, işığın heç vaxt çata bilmədiyi, bəlkə də heç vaxt rast gəlmədiyiniz qədər qaranlıq bir yerdir. Ancaq siz bu zülmət qaranlığında işıqlı, parlaq bir dünyanı seyr edirsiniz. Həm də bu o qədər aydın və keyfiyyətli bir görüntüdür ki, XXI əsrin texnologiyası da hər cür imkan sahibi olmasına baxmayaraq, bu görüntünü əldə edə bilməmişdir. Məsələn, hazırda oxuduğunuz kitaba, kitabı tutan əllərinizə baxın. Sonra başınızı qaldırın və ətrafınıza nəzər salın. İndi gördüyünüz aydınlıq və keyfiyyətdəki bu görüntünü başqa bir yerdə görmüsünüzmü? Bu qədər aydın bir görüntünü sizə dünyanın bir nömrəli televizor şirkətinin istehsal etdiyi ən mükəmməl televizor ekranı da verə bilməz. 100 ildir minlərlə mühəndis bu aydınlığı əldə etməyə çalışır. Bunun üçün fabriklər, nəhəng təsisatlar qurulur, tədqiqatlar aparılır, planlar və layihələr hazırlanır. Yenə də bir televiziya ekranına baxın, bir də əlinizdə tutduğunuz bu kitaba. Arada böyük aydınlıq və keyfiyyət fərqi olduğunu görəcəksiniz. Həm də televizor ekranı sizə ikiölçülü bir görüntü göstərir, halbuki siz üçölçülü, dərin bir perspektivi görürsünüz.


Uzun illərdir on minlərlə mühəndis üçölçülü televizor hazırlamağa, gözün görmə keyfiyyətinə yiyələnməyə səy göstərir. Bəli, üçölçülü televizor sistemini hazırlaya bildilər, ancaq onu da eynəksiz görmək mümkün deyil. Bu, eyni zamanda süni bir üçölçülü sistemdir. Arxa tərəf daha bulanıq, qarşı tərəf isə kağızdan hazırlanmış dekorasiya kimi görünür. Heç vaxt gözün gördüyü qədər dəqiq və keyfiyyətli bir görüntü ola bilməz. Kamerada da, televizorda da mütləq görüntü itkisi baş verir.


Təkamülçülər bu keyfiyyətli və dəqiq görüntünü təşkil edən mexanizmin təsadüfən meydana gəldiyini iddia edirlər. İndi bir adam sizə otağınızın bir küncündəki televizorun təsadüflər nəticəsində meydana gəldiyini, "atomlar bir yerə toplandı və bu göstərən cihazı meydana gətirdi" desə, nə fikirləşərsiniz? Minlərlə adamın bir yerə yığışaraq düzəldə bilmədiyini şüursuz atomlar necə edə bilər?
Gözün gördüyündən daha ibtidai olan bu görüntünü meydana gətirən cihaz təsadüfən meydana gəlmirsə, gözün və gözün gördüyü görüntünün də təsadüfən meydana gəlməyəcəyi aydın məsələdir.


Bu məsələ qulaq üçün də eynidir. Xarici qulaq ətrafdakı səsləri qulaq çömçəsi vasitəsilə yığıb orta qulağa ötürür. Orta qulaq aldığı səs tirtəyişlərini gücləndirərək daxili qulağa ötürür. Daxili qulaq da bu titrəyişləri elektrik siqnallarına döndərərək beyinə göndərir. Eynilə görmə məsələsində olduğu kimi eşitmək icraatları da beyindəki eşitmə mərkəzində həyata keçir.
Gözdəki vəziyyət qulaq üçün də qüvvədə qalır, yəni beyin işığa olduğu kimi səsə də qapalıdır, səsi keçirmir. Dolayısı ilə ətraf nə qədər gurultulu olsa da, beynin içi tamamilə səssizdir. Buna baxmayaraq ən dəqiq səslər beyində hiss edilir. Səs keçirməyən beynimizdə bir orkestrin simfoniyalarını eşidərsiniz, izdihamlı bir məkanın bütün gurultusunu eşidərsiniz. Ancaq həmin anda həssas bir cihazla beynimizin içindəki səs səviyyəsi ölçülsə, burada mütləq bir səssizliyin hakim olduğu görünəcək.


Dəqiq bir görüntü əldə edə bilmək üçün indiyə qədər texnologiyadan necə istifadə edilirsə, səs üçün də eyni səylər on illərdir ki, davam edir. Səsi qeyd etmək cihazları, çoxlu elektrik aləti, səsi qeyd edən musiqi sistemləri bu səylərin bəzilərinin nəticələridir. Ancaq bütün bu texnologiyaya, bu texnologiyada işləyən minlərlə mühəndisə və mütəxəssisə baxmayaraq, qulaqdakı dəqiq və keyfiyyətli bir səs əldə edilməmişdir. Ən böyük musiqi sistemi şirkətinin istehsal etdiyi ən keyfiyyətli musiqi alətini fikirləşin. Səsi qeyd edəndə mütləq səsin bir hissəsi itir və ya az da olsa mütləq xışıltı əmələ gəlir. Musiqi cihazını açanda musiqi başlamamışdan əvvəl bir xırıltılı səsi mütləq eşidəcəksiniz. Ancaq insan bədənindəki texnologiyanın məhsulu olan səslər çox dəqiq və qüsursuzdur. Bir insan qulağı heç vaxt musiqi mərkəzində olduğu kimi xırıltılı və ya pozuntulu səs hiss etməz, səs necədirsə, onu tam və dəqiq olaraq eşidir. Bu vəziyyət insan yaradıldığı gündən indiyə qədər bu cürdür.


Bu günə qədər insan oğlunun istehsal etdiyi, hazırladığı heç bir görüntü və səs cihazı göz və qulaq qədər həssas və uğurlu bir lamisə sistemi ola bilməmişdir.
Ancaq görmə və eşitmə hadisəsində bütün bunlardan başqa çox böyük həqiqət var.

Beynin içindəki görən və eşidən şüur kimə aiddir?
Beynin içində cürbəcür rəngli bir dünyanı seyr edən, simfoniyaları, quşların səsini eşidən, çiçəkləri iyləyən kimdir?
İnsanın gözlərindən, qulaqlarından, burnundan gələn xəbərdarlıqlar elektrik siqnalı olaraq beyinə ötürülür. Biologiya, fiziologiya və ya biokimya kitablarında bu görüntünün beyində necə meydana gəlməsinə dair çoxlu təfərrüatlar oxuya bilərsiniz. Ancaq bu məsələ haqqındakı həqiqətə heç bir yerdə rast gələ bilməzsiniz ki, beyində bu elektrik siqnallarını görüntü, səs, iy və hiss olaraq qavrayan kimdir? Beynin içində gözə, qulağa, buruna ehtiyac hiss etmədən bütün bunları qavrayan bir şüur var. Bu şüur kimə aiddir?
Əlbəttə, bu şüur beyni təşkil edən sinirlərə, yağ təbəqəsinə və sinir hüceyrələrinə aid deyil. Buna görə də hər şeyin maddədən ibarət olduğunu zənn edən darvinist materialistlər bu suallara heç vaxt cavab verə bilmir. Çünki bu şüur Allahın yaratdığı ruhdur. Ruh görüntünü seyr etmək üçün gözə, səsi eşitmək üçün qulağa ehtiyac hiss etməz. Bunlardan da başqa fikirləşmək üçün beyinə də ehtiyacı olmaz.


Bu aydın və elmi həqiqətləri oxuyan hər bir insanın beynin daxilindəki bir neçə santimetrlik, qapqaranlıq məkana bütün kainatı üçölçülü, rəngli, kölgəli və işıqlı olaraq sığışdıran Allahı fikirləşib, Ondan qorxub Ona sığınması lazımdır.

Materialist inanc
Bura qədər araşdırdıqlarımız təkamül nəzəriyyəsinin elmi  kəşflərlə açıq şəkildə ziddiyyət təşkil edən bir iddia olduğunu göstərir. Nəzəriyyənin həyatın mənşəyi haqqındakı iddiası elmə ziddir, ortaya atdığı təkamül mexanizmlərinin heç bir təkmilləşdirici təsiri yoxdur və dünyanın daşlaşmış qatları darvinizm nəzəriyyəsinin vacib saydığı keçid formalarını yaşamadıqlarını göstərir. Buna görə də təkamül nəzəriyyəsinin, əlbəttə ki, elmə zidd bir fikir kimi kənara atılması lazımdır.


Tarix boyu təkamül modeli kimi bir çox düşüncə sistemi elmin gündəmindən çıxarılmışdır. Amma təkamül nəzəriyyəsini təkidlə elmi gündəmə gətirmək istəyirlər. Hətta bəzi adamlar bu nəzəriyyənin tənqidini "elmə hücum" kimi qələmə verməyə çalışır. Görəsən nəyə görə?
Bunun səbəbi təkamül nəzəriyyəsinin bəzi mühitlər üçün heç cür əldən buraxılmayacaq ehkamçı bir inanc olmasıdır. Bu adamlar materialist fəlsəfəyə kor-koranə bağlıdırlar və darvinizmi də təbiətə verilə biləcək yeganə materialist izah olduğu üçün mənimsəyirlər.
Bəzən bunu açıq şəkildə etiraf da edirlər. Harvard Universitetindən məşhur genetik və tanınmış təkamülçü olan Riçard Levontin "əvvəlcə materialist, sonra alim" olduğunu belə etiraf edir:


“Bizim materializmə bir etiqadımız var, aprior (əvvəlcədən qəbul edilmiş, doğru sayılan, təcrübədən asılı olmayan, təcrübədən qabaq mövcud olan) bir inancdır bu. Bizi dünyaya materialist bir açıqlama gətirməyə məcbur edən şey elmin istiqamət və qaydaları deyil. Əksinə, materializmə olan aprior bağlılığımız üzündən dünyaya materialist açıqlama gətirən araşdırma üsullarını və qavramları təqdir edirik. Materializm mütləq doğru olduğuna görə də ilahi bir açıqlamanın səhnəyə daxil olmasına icazə verə bilmərik” (Richard Lewontin, "The Demon-Haunted World", The New York Review of Books, 9 yanvar 1997, səh. 28).


Bu sözlər darvinizmin materialist fəlsəfəyə bağlılıq ucbatından yaşadılan bir ehkam olmasının açıq ifadəsidir. Bu ehkam maddədən başqa heç bir varlıq olmadığını qəbul edir. Buna görə də cansız, məntiqsiz maddənin həyatı yaratdığına inanır. Milyonlarla müxtəlif canlı növünün, məsələn, quşların, balıqların, zürafələrin, qaplanların, böcəklərin, ağacların, çiçəklərin, balinaların və insanların cansız maddənin öz içindəki dəyişikliklərə, yəni yağan yağışla, çaxan şimşəklə onun içindən meydana gəldiyini qəbul edir. Həqiqətdə isə bu, həm ağla, həm də elmi gerçəkliklərə zidd qənaətdir. Amma darvinistlər "ilahi bir açıqlamanın səhnəyə girməməsi" üçün bu qənaəti müdafiə etməkdə davam edirlər.


Canlıların mənşəyinə əvvəlcədən qəbul edilmiş materialist düşüncə ilə baxmayan hər kəs isə bu açıq gerçəyi görəcəkdir: "Bütün canlılar üstün bir gücə, məlumata və ağla sahib olan bir Yaradanın əsərləridir. O Yaradan bütün kainatı yoxdan var edən, canlıları da yaradıb şəkilləndirən Allahdır".

Təkamül nəzəriyyəsi bəşər tarixinin ən təsirli sehridir
Burada bunu da bildirmək lazımdır ki, əvvəlcədən qəbul edilmiş mənfi fikirləri olmayan, heç bir ideologiyanın təsiri altında qalmayan, ancaq ağlını və məntiqini işlədən hər bir insan elmdən və mədəniyyətdən uzaq olan cəmiyyətlərin xurafatlarını əks etdirən təkamül nəzəriyyəsinin inanılması mümkün olmayan bir iddia olduğunu asanlıqla başa düşəcəkdir.
Yuxarıda da qeyd etdiyimiz kimi, təkamül nəzəriyyəsinə inananlar böyük bir çənin içinə çoxlu atomu, molekulu, cansız maddəni dolduran və bunların qarışmasından vaxt ərzində fikirləşən, dərk edən, kəşflər edən professorların, tələbələrin, Eynşteyn, Hubbl kimi elm adamlarının, Frenk Sinatra, Çarlton Heston kimi sənətçilərin, bununla yanaşı ceyranların, limon ağaclarının, qərənfillərin çıxacağına inanırlar. Həm də bu cəfəng iddiaya inananlar elm adamları, professorlar, mədəni, təhsilli insanlardır. Buna görə də təkamül nəzəriyyəsi üçün "dünya tarixinin ən böyük və ən təsirli sehri" ifadəsini işlətmək daha münasib olacaq. Çünki bəşər tarixində insanların ağlını başından bu dərəcədə alan, ağıl və məntiqlə fikirləşməsinə imkan verməyən, gözlərinin qarşısına sanki bir pərdə çəkib çox açıq olan həqiqətləri görmələrinə mane olan bir başqa inanc və ya iddia da yoxdur. Bu, bəzi afrikalı qəbilələrin totemlərə, Səba xalqının günəşə sitayiş etməsindən, Hz.İbrahimin tayfasının öz əlləri ilə düzəltdiyi bütlərə, Hz.Musanın xalqının qızıldan düzəltdiyi buzova sitayiş etməsindən daha dəhşətli və qəbuledilməz bir korluqdur.

Həqiqətdə bu vəziyyət Allahın Quranda işarə etdiyi bir ağılsızlıqdır. Allah bəzi insanların idrak qabiliyyətinin qapanacağını və həqiqətləri görməkdə aciz vəziyyətə düşəcəyini əksər ayələrində bildirir. Bu ayələrdən bəziləri bunlardır:
"Həqiqətən, inkar edənləri əzabla qorxutsan da, qorxutmasan da onlar üçün birdir, iman gətirməzlər. Allah onların ürəyinə və qulağına möhür vurmuşdur. Gözlərində də pərdə vardır. Onları böyük bir əzab gözləyir!" ("Bəqərə" surəsi, 6-7).
"...Onların qəlbləri vardır, lakin onunla anlamazlar. Onların gözləri vardır, lakin onunla eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!" ("Əraf" surəsi, 179).


Allah başqa ayələrdə isə bu insanların möcüzələr görsələr də inanmayacaq qədər sehrləndiklərini belə bildirir:
"Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarı dırmaşsalar, yenə də "Gözümüz bağlanmış, biz sehrlənmişik" deyərlər" ("Hicr" surəsi, 14-15).


Bu qədər geniş bir kütlənin üzərində bu sehrin təsirli olması, insanların həqiqətlərdən bu qədər uzaq saxlanması və 150 ildir bu sehrin pozulmaması isə sözlərlə deyilə bilməyəcək qədər heyrətamiz bir vəziyyətdir. Çünki bir və ya bir neçə insanın imkan xaricində olan ssenarilərə, cəfəngiyyat və məntiqsizliklərlə dolu iddialara inanması aydın ola bilir. Ancaq dünyanın dörd bir tərəfindəki insanların şüursuz və cansız atomların ani bir qərarla bir yerə yığılıb, fövqəladə bir təşkilatlanma, nizam-intizam, ağıl və şüur göstərib qüsursuz bir sistemlə işləyən kainatı, canlı aləm üçün uyğun olan hər cür xüsusiyyətə sahib olan Yer planetini və saysız kompleks sistemlə təchiz edilmiş canlıları meydana gətirdiyinə inanmasının sehrdən başqa bir izahı və adı yoxdur.


Həmçinin Allah Quranda inkarçı fəlsəfənin tərəfdarı olan bəzi adamların etdiyi sehrlərlə insanları təsir altına aldıqlarını Hz.Musa və firon arasında baş verən bir hadisə ilə bizə bildirir. Hz.Musa firona haqq dini başa salanda firon Hz.Musaya öz "elmli sehrbazları" ilə insanların yığışdıqları bir yerdə qarşılaşmalarını istəyir. Hz.Musa sehrbazlarla qarşılaşanda əvvəlcə sehrbazlara onların mərifətlərini göstərməsini əmr edir:
"(Musa:) "Siz atın!" dedi. Onlar (əllərindəkini yerə) atdıqda adamların gözlərini bağlayıb onları qorxutdular və böyük bir sehr göstərdilər" ("Əraf" surəsi, 116).
Göründüyü kimi, fironun sehrbazları gözbağlamalarla - Hz.Musa və ona inananlar istisna olmaqla - insanların hamısını sehrləyə bilmişdilər. Ancaq onların atdıqlarının əvəzində Hz.Musanın göstərdiyi dəlil onların bu sehrini, ayələrin ifadəsi ilə desək, "uydurub düzəltdikləri bütün şeyləri udmuş", yəni təsirsiz hala gətirmişdir:


"Biz də Musaya: "Əsanı tulla!" deyə vəhy etdik. Bir də baxıb gördülər ki, əsa onların uydurub düzəltdikləri bütün şeyləri udur. Artıq haqq zahir, onların uydurub düzəltdikləri yalanlar isə batil oldu. Sehrbazlar orada məğlub edildilər və xar olaraq geri döndülər" ("Əraf" surəsi, 117-119).


Ayələrdə də bildirildiyi kimi, əvvəl insanları sehrləyərək öz təsiri altına alan bu adamların etdiklərinin bir saxtakarlıq olmasının üzə çıxıb təsdiqlənməsindən sonra, qeyd edilən adamlar pis vəziyyətə düşmüşdülər. Günümüzdə də bir sehrin təsiri ilə elm pərdəsi altında çox cəfəng iddialara inananlar və bunları müdafiə etməyə həyatlarını həsr edənlər əgər bu iddialardan əl çəkməsələr, həqiqətlər tam mənası ilə açığa çıxanda və "sehr pozulanda", onlar da pis vəziyyətə düşəcəklər.
Həmçinin təxminən 60 yaşına kimi təkamül nəzəriyyəsini müdafiə edən və ateist filosof olan, ancaq daha sonra həqiqətləri dərk edən Malcolm Muggeridge təkamül nəzəriyyəsinin yaxın gələcəkdə düşəcəyi vəziyyəti belə açıqlayır:


“Mən özüm təkamül nəzəriyyəsinin xüsusilə tətbiq edildiyi sahələrin gələcəyin tarix kitablarında ən böyük gülünc vəziyyətlərdən biri olacağına inandım. Gələcək nəsillər bu qədər çürük və qeyri-müəyyən olan bir nəzəriyyənin inanılmaz bir sadəlövhlüklə qəbul edilməsini heyrət içində qarşılayacaqlar” (Malcolm Muggeridge, The End of Christendom, Grand Rapids: Eerdmans, 1980, səh. 43).
Bu gələcək uzaqda deyil, əksinə, çox yaxın bir gələcəkdə insanlar "təsadüflər"in tanrı ola bilməyəcəyini başa düşəcəklər və təkamül nəzəriyyəsi bəşər tarixinin ən böyük yalanı və ən şiddətli sehri olaraq tanıdılacaq. Bu şiddətli sehr böyük sürətlə dünyanın dörd bir tərəfində özünün insanlar üzərindəki təsirini azaltmağa başlamışdır. Təkamül yalanının sirrini öyrənən əksər insanlar bu yalana necə inandıqlarını heyrət və təəccüb içində götür-qoy edirlər.
 

"Sən pak və müqəddəssən! Sənin bizə
öyrətdiklərindən başqa biz heç bir
şey bilmirik. Hər şeyi bilən, hökm
və hikmət sahibi Sənsən"
("Bəqərə" surəsi, 2/32).
 

Please select an item.